Qlobal maliyyə mərkəzləri arasında ən yüksək səviyyədə duran şəhərlər sırasında Nyu Yorkdan sonra ikinci yeri tutan London çirkli qazanc mərkəzinə çevrilib. Artıq İngiltərə hökuməti məsələ ilə bağlı effektli yollar axtarmağa başlayıb. SİA-nın məlumatına görə, İngiltərə hökuməti Milli Cinayətlərlə Mübarizə Təşkilatının (NCA) keçən il verdiyi "Milli riskin qiymətləndirilməsi" ilə bağlı hesabatı yayımlayıb.
Hesabata görə İngiltərədə hər il milyardlarla sterlinq çirkli pul dövr edir. Yəni ölkə gəlirlərinin bir hissəsini qeyri qanuni yollarla qazanılmış pullar təşkil edir.
London hər il maliyyə xidmətlərindən 71 milyard dollara yaxın ticarət gəliri əldə edir. Bu gəlirlərin tərkibinə müxtəlif qeyri qanuni yollarla qazanılmış pul da daxildir.
Belə ki, yoxlamanın zəif olmasından istifadə edən ticarətçilər qeyri qanuni yollarla pul qazanmağa çalışırlar. Hesabata görə İngiltərə bazarında hər il 23 milyard sterlinqdən 57 milyard sterlinqə qədər çirkli pul dövr edir.
Bu məlumatı NCA bürosu təsdiq edib. İngiltərə hökuməti isə bazarda dövr edən qeyri leqal maliyyə qazancı haqda hələ ki, rəsmi məlumat vermək istəmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB