3 min miqrantın acınacaqlı vəziyyəti FOTOLAR

3 min miqrantın acınacaqlı vəziyyəti FOTOLAR

Macarıstanın Xorvatiya sərhədinə dəmir tel çəkməsi ilə bağlı Sloveniyanın Brezis sərhəd qəsəbəsinə yollanan 3 minə yaxın miqrant polis tərəfindən sığınacaq mərkəzlərinə aparılıb. SİA-nın məlumatına görə, Xorvatiya və Sloveniya sərhədindəki Brezis qəsəbəsinə gələn 3 minə yaxın sığınacaq istəyən miqrant polis tərəfindən sığınacaq mərkəzlərinə aparılıb.

Brezisdən sığınacaq mərkəzinə qədər olan 6 kilometrlik yolu miqrantlar piayada gedib. Yağışdan sonra yolda yaranmış palçıq yol boyu miqrantlara əziyyət verdiyindən onların yorğun olduqları bildirilib.

Qeyd edək ki, cümə günü Macarıstanın Xorvatiya sərhədini bağlaması miqrantları Sloveniyaya getməyə məcbur edib.

Bütün xəbərlər Facebook səhifəmizdə