“Yəhudi soyqırımı Hitlerin yox, Fələstinin günahıdır” ŞOK Açıqlama
İsrailin Baş naziri Binyamin Netanyahu Hitlerin yəhudiləri məhv etmək istəmədiyini, sadəcə onları sürgün etmək istədiyini açıqlayıb. SİA-nın məlumatına görə, Baş nazir bildirib ki, Hitleri yəhudiləri məhv etməyə o vaxtların fələstinli müftisi Hacı Əmin Hüseyn məcbur edib.
Dünən Qüdsdə təşkil edilən "37-ci Dünya Sionist Konqresi"ndə danışan İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Hitler heç vaxt yəhudiləri məhv etmək istəməyib: "Həmin dövrdə fələstinli müfti Hacı Əmin Hüseyn Berlinə səfər edib və Hitlerlə görüşüb. O, Hitlerə deyib ki, əgər yəhudiləri sürgün etsən, onların hamısı Fələstinə köçəcək. Bu zaman Hitler ona nə etməli olduğunu sual verib. Bu zaman Hüseyn Hitlerə: "onları yandır" – cavabını verib".
Netanyahu bildirib ki, yəhudi soyqırımı ilə bağlı Hitleri deyil, Fələstini günahlandırmalıyıq.
Bu açıqlama bütün İsrail mətbuatını məşğul etməyə başlayıb. Məsələni araşdıran jurnalistlər bildirib ki, Netanyahunun bu açıqlaması bütün tarixçilər tərəfindən inkar olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB