Almaniyada növbəti korrupsiya qalmaqalı

Almaniyada növbəti korrupsiya qalmaqalı

Çexiyanın Karlovı Varı şəhər polisinin verdiyi məlumata görə, onlarca almaniyalı sürücü Çexiyanın avtomobil məktəblərində qeyri-qanuni yollarla sürücülük vəsiqəsi alıb.

DPA agentliyi polis idarəsinin rəsmi nümayəndəsi Katerina Böqmovanın sözlərinə istinadla bildirir ki, avtomobil məktəblərindən birinin əməkdaşı və iki tərcüməçi qadın sürücülük vəsiqələri ilə bağlı dələduzluq törətməkdə şübhəli bilinərək saxlanılıb.

Çexiyanın asayişi mühafizə qüvvələrinə məlum olub ki, almaniyalı müştərilər nəzəri və praktiki imtahanlar vermədən, 3 min avro rüşvət müqabilində yeni sürücülük vəsiqələri alırmış. Belə müştərilərin çoxu Almaniyada alkoqol və ya narkotiklərin təsiri altında sərxoş vəziyyətdə avtomobil idarə etdiklərinə görə sürücülük vəsiqələrindən məhrum edilib.

Polis almanlar tərəfindən Çexiyada qeyri-qanuni yolla sürücülük vəsiqələri alınması ilə bağlı 79 fakt müəyyən edib. Hüquq mühafizə orqanlarının fikrincə, qanunsuz yolla verilmiş sürücülük vəsiqələrinin sayı 200-dən çoxdur.azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə