Ərdoğanın gülüşü Avropanı narahat etdi FOTOLAR

Ərdoğanın gülüşü Avropanı narahat etdi FOTOLAR

İngiltərənin məşhur "Financial Times" qəzetində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniyanın Baş naziri Angela Mergel arasına həyata keçən görüşlə bağlı məqalə dərc olunub. SİA-nın məlumatına görə, məqaləni dərc edən jurnalist Devid Qardner Ərdoğanın Merkellə görüşü zamanı daim gülümsədiyini və bunun çox narahatedici bir şey olduğunu bildirib.

Qardner sözlərinə görə, Avropa Türkiyəni tanımaq üçün heç də düzgün vaxt seçməyib: "Ərdoğan yerli mətbuatda həmişə gülməyən bir prezident kimi təqdim olunub. Onun Merkellə görüşü zamanı daim gülümsəməsi narahat edici bir haldır".

Qəzet tərəfindən Merkellə Ərdoğanın birgə karikaturası da çəkilib. Karikaturada Merkel Ərdoğana bir hədiyə verərək gülümsəyir. Hədiyə qutusu Avropa Birliyi bayrağına bükülüb. Qutunun bağlandığı lent isə Almaniya bayrağıdır.

Merkel bir əli ilə hədiyyəni verərkən, digər əli ilə də üstündə "Türkiyənin İnsan Hüquqları" yazılan buroşuranı da zibil qutusuna atır.

Bütün xəbərlər Facebook səhifəmizdə