Avtobus aşdı 14 ölü, 30 yaralı

Hindistanın Cammu və Kəşmir əyalətində bir avtobus uçuruma yuvarlanıb. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 14 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Hindistan mətbuatının verdiyi məlumata görə qəza səhər saatlarında baş verib və yaralanan 30 nəfərdən 10-un vəziyyəti ağırdır.

Polis bildirib ki, uçuruma yuvarlanan avtobus çox çətin yerdə ilişib, buna görə də polis qüvvələri avtobusdakı insanları xilas etməkdə çətinlik çəkib.

Avtobusun tutumundan daha çox sərnişin daşıdığı bildirilib. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının daha da artacağı müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə