Fransa bankı "Credit Agricole Group" ABŞ-ın tətbiq etdiyi sanksiyaların şərtlərini pozduğuna görə ona 787 milyon dollar dəyərində cərimə ödəyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Credit Agricole Group" bankı ABŞ-ın Kuba, İran və Sudana tətbiq etdiyi sanksiyaların şərtlərini pozub. Bununla bağlı ABŞ tərəfindən şərtləri pozan banka qarşı məhkəmə prosesi başladılıb.
Fransanın 2-ci ən nüfuzlu bankı hesab edilən "Credit Agricole Group" məhkəmə prosesinin dayandırılması üçün ABŞ dövlətinin hesabına 787 milyon dollar cərimə ödəyib.
Bakın səlahiyyətlisi mətbuata açıqlama verərək bildirib ki, bank ilə ABŞ-ın Ədliyyə Nazirliyi və digər qurumlarla uzlaşma əldə edilib. Buna görə də məhkəmə prosesi dayandırılıb.
Məhkəmə prosesində bankdan günahını etiraf etməsi tələb olunmayıb. Bank səlahiyyətlisi bildirib ki, sanksiyanın şərtlərinin pozan şəxslər bankdan kənarlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB