Bəhreynin Rusiya səfiri Əhməd əl Saati Ərəb Ölkələri ilə birlikdə İslam dəyərlərinə görə fəaliyyət göstərən ümumi bir bankın yaradılması üçün Rusiyaya müraciət edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Əhməd əl Saati Rusiyanın "Rossiya-24" kanalına müsahibə verib.
O bildirib ki, İslam Bankı qurmaqla bağlı təkliflər yaxın müddətdə Rusiya-Bəhreyn İş Konqresinə təqdim ediləcək. Onun sözlərinə görə, bank sektorunda müəyyən nailiyyətlərə nail olmaq üçün bu tip bir bankın yaradılmasının çox əhəmiyyətli olduğunun vurğulayıb.
Qeyd edək ki, Rusiya-Bəhreyn İş Konqresi oktyabr ayının 21-də Rusiyanın cənub sahilindəki Soçi əyalətində baş tutacaq. Konqresdə Rusiya və Bəhreyn arasındakı iqtisadi və ticarət əlaqələri müzakirəyə qoyulacaq. Konqresdə Rusiya adından "Vneş Ekonom Bank"ın başçısı Vladimir Dimitriyev, Bəhreyn tərəfdən isə səfir Əhməd əl Saati iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB