Səudiyyə Ərəbistanın kralı Məhəmməd ibn Salmanın Rusiya prezidenti Vladimir Putinə Suriya lideri Bəşər Əsədi dəstəkləməkdən əl çəkməsi üçün 300 milyard dollar təklif etdiyi ilə bağlı məlumat yayılıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, kral Məhəmməd Salmanın 11 oktyabr tarixində Putinlə görüşü zamanı ona Bəşər Əsədi dəstəkləməkdən əl çəkməsi üçün 300 milyard dollar pul təklif etdiyi iddia edilib.
Kreml sözcüsü Dmitri Peskov isə bu iddiaları təkzib edib: "Bu həqiqəti əks etdirmir. Sadəcə bir qəzetin uydurmasıdır".
Qeyd edək ki, artıq 30 sentyabr tarixindən Rusiya Əsədin tələbi ilə Suriya terrorçularının tabeçiliyində olan ərazilərə hücum təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB