Rusiya Fransa səfirinin Daxili İşlər Nazirliyinə çağırılması ilə bağlı Fransadan üzr istəyib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın parlament üzvlərini Cenevrəyə aparan təyyarəyə kimliyi müəyyən edilməyən bir hərbi reaktiv təhlükəli dərəcədə yaxınlaşıb.
Rusiya təyyarənin Fransaya aid olduğunu bildirib və bununla bağlı Fransa səfiri Cen Mauris Ripert Rusiyanın Daxili İşlər Nazirliyinə çağırılıb.
Sonradan reaktivin İsveçrəyə aid olduğu məlum olub. Bununla bağlı Rusiyanın Xarici İşlər nazirinin sözcüsü Mariya Zaharova Fransadan üzr istəyib: "Təyyarənin İsveçrəyə məxsus olduğunu öyrəndik. Bu yanlışlıqla bağlı Fransadan üzr istəyirik. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi İsveçrədən açıqlama gözləyir".
Hazırda Rusiyanın dövlət qurumları İsveçrədən rəsmi açıqlama tələb edir. Bununla bağlı Rusiya Parlamentinin deputatı Sergey Qavrilov İsveçrənin Xarici İşlər Nazirliyi ilə əlaqə qurmağa çalışdıqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB