Beynəlxalq Kulinariya Günü Dünyada XII dəfədir keçirilir. Bu il Beynəlxalq Kulinariya günü ilə yanaşı ilk dəfə olaraq Azərbaycanda olan səfirliklərin iştirakı ilə Beynəlxalq çay festivalı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyə, İndoneziya, Yaponiya, İran, Özbəkistan, Hindistan, Çin, Tacikistan səfirlikləri milli çay süfrələrini qonaqlara təqdim ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan milli mətbəxinin dünya mətbəxləri arasındakı nüfuzu yetərincə zəngindir. Diqqətə çatdırılıb ki, bu il Azərbaycan Milli Kulinariya Assosiasiyasının tarixində bir çox önəmli hadisələrlə yadda qalıb. Tahir Əmiraslanov diqqətə çatdırıb ki, bu 1 il ərzində Azərbaycan Milli Kulinariya komandası 3 Beynəlxalq Elmi konfransda 2 Beynəlxalq Çempionatda iştirak edib. Bu Çempionatlardan Azərbaycan 8 qızıl, 8 gümüş, 6 bürünc medal, onlarla diplom gətirib.
Nəzərinizə çatdıraq ki, 2016-cı ilin sentyabrında Afinada keçiriləcək Dünya Kulinariya Konqresində Avropa Qitəsinin lobbiləşdirəcəyi məsələlərin və.s razılaşdırılacağı Qitə Konfransının mart-aprel ayında Bakıda keçiriləcəyini böyük səs üstünlüyü ilə razılaşdırılıb.
Qeyd edək ki, Beynəlxalq Kulinariya günü ilə bağlı il ərzində kulinariyanın inkişafında xüsusi xidmətinə görə bir çox media nümayəndələri və şirkətlər diplomlarla təltif ediliblər. Təltif edilənlər arasında Səs İnformasiya Agentliyinin əməkdaşı da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB