Yəmənin Taiz şəhərində Xalq Müqavimət Qüvvələri (XMQ) ilə Ənsərullah Hərəkatı (Husilər) arasında silahlı qarşıdurma yaranıb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumatına görə, qarşıdurma zamanı 9 döyüşçü həlak olub, 15-i isə yaralanıb.
XMQ-nin verdiyi yazılı açıqlamada bildirilib ki, Taizin Əl Vaiiziyyə mahalında XMQ ilə Husilər arasında yaranan atışmada Husilərin komandiri Əbu Hərb də olmaqla 9 əsgər öldürülüb.
Açıqlamaya görə prezident köşkü ətrafında yaranan qarşıdurmalar zamanı isə 15 Husi əsgəri yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB