"Bu sadəcə aysberqin görünən hissəsidir"
İranın dövlət televiziyası "IRIB" İranın gizli raket təsisatlarından birini yayımlayıb. SİA-nın məlumatına görə, çəkilişə icazə verən iranlı general Əmir Əli Hacızadə təsisat haqda məlumat verib.
Onun sözlərinə görə, təsisat yerin 500 metr dərinliyində yerləşir.
Əmir Əli Hacızadə bildirib ki, İranı təhdid edən qüvvələr bunu etməzdən əvvəl iki dəfə düşünməlidir: "İranın bilinən hərbi gücü aysberqin yalnız görünən hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB