Rusiya İŞİD-in 51 mövqeyini Məhv Etdi

Rusiya İŞİD-in 51 mövqeyini Məhv Etdi

Rusiya Hava Qüvvələri Suriyanın Hama, Şam, Lazkiyə və Hələb şəhərlərindəki 51 İŞİD mövqeyini vurub. SİA-nın məlumatına görə, Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov Moskvada keçirilən mətbuat konfransında bildirib ki, Rusiya Hava Qüvvələri son 24 saat ərzində İŞİD-ə məxsus 4 hərbi mərkəzi, 32 düşərgəni və 6 sığınacağı məhv edib.

Onun sözlərinə görə, əməliyyatlar zamanı Şam şəhərində yerləşən 1 silah-sursat anbarı və 4 zirehli hərbi vasitə məhv edilib.

Konaşenkov qeyd edib ki, hazırda İdlibdə hərbi vəziyyət çox gərgindir. Bölgədə Əl Nüsrə cəbhəsi ilə Rusiya hərbi qüvvələri arasında qarşıdurma yaranıb. Rusiya hərbi Qüvvələri tərəfindən cəbhəyə 3 hücum təşkil edilib.

Eyni zamanda Rusiya reaktivləri hərbi mərkəzi Hama şəhərində yerləşən Fəth Ordusuna da hücum edib. Konaşenkov bildirib ki, hücum nəticəsində Fəth Ordusunun əsgərləri arasında əlaqə kəsilib və əsgərlər döyüş ərazisini tərk ediblər.

Konaşenko eyni zamanda Humus çölündə raket istehsal edən kiçik bir müəssisənin də məhv edildiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə