Almaniyanın Baş naziri Anjela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşmək üçün İstanbula səfər edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, Merkel İstanbul Atatürk Havalimanına yerli vaxtla saat 12.20-də xüsusi təyyarə ilə enib.
Məlumata görə, Baş nazir yerli vaxtla saat 13.00-da Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Dolmabaxça sarayında Baş Nazirlik ofisində görüşüb. Prezident Rəcəb Tayyib Ərdoğanla isə görüş Maybeyn köşkündə saat 16.00-da keçiriləcək.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB