Rusiyanın Baş naziri Dimitri Medvedev Rusiya üçün Suriya hakimiyyətində kimin duracağının heç bir fərqi olmadığını bildirib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Medvedev bildirib ki, Suriyanı kimin idarə etməsi Rusiya üçün bir o qədər də vacib deyil, əsas olan qanuni və sivil hakimiyyətin bərqərar olunmasıdır.
Onun sözlərinə görə, Rusiya heç vaxt xüsusilə Əsəd rejimini dəstəkləməyib. Medvedev bu barədə çıxan xəbərləri əsassız hesab edib: "Biz hər hansı bir xüsusi lider üçün mübarizə aparmırıq. Biz sadəcə milli maraqlarımızı müdafiə edirik. Əsas olan hakimiyyətin qanuni olmasıdır və terrorçuların əlindən xilas edilməsidir".
Medvedev qeyd edib ki, ilk öncə terrorla mübarizədə əməkdaşlıq təklif edən ABŞ, indi isə bu addımı atmaqdan geri çəkilir: "Biz hər dəfə İŞİD terrorçuların yerləşdiyi ərazi haqda ABŞ-dan koordinatları tələb edirik. Lakin hər dəfə də rədd cavabı alırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB