Suriya müxalifətçilərindən Rusiyaya Cavab 35 ölü

Suriya müxalifətçilərindən Rusiyaya Cavab 35 ölü

Suriyalı müxalifətçi qüvvələr Hələb şəhərinin cənubunda yerləşən bir çox ərazidə Əsəd qüvvələrinə hücum təşkil edib. SİA-nın Qərb mətbuatına istinadn verdiyi məlumatına görə, Rusiya ordusuna aid döyüş təyyarələrinin hava dəstəyi ilə Əsəd rejimi qüvvələri Hələbin müxalifətçilər tərəfindən nəzarətdə saxlanıldığı bölgəyə hücum ediblər. Hücum zamanı bölgədəki müxalifətçi qüvvələrlə Əsəd rüjimi qüvvələri arasında atışma yaranıb.

Atışma nəticəsində müxalifətçi qüvvələr 35 rejim müdafiəçisi öldürüb, 5-i tank olmaqla 8 hərbi vasitəni məhv ediliblər.

Daha sonra müxalifətçilər Hələbin Rusiya təyyarələrinin yerləşdiyi El Haydır və El Ays bölgələrinə hücum edib və Hələbin cənubunda yerləşən Obtayn kəndində saxlanılan hakimiyyət qüvvələrinə aid hərbi silah-sursatı da məhv ediliblər.

Bölgədə yaranan gərgin vəziyyətlə bağlı sakinlər ərazini tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə