Zəlzələ Tottori prefekturasını silkələdi

Zəlzələ Tottori prefekturasını silkələdi

Bu gün səhər saatlarında baş verən iki güclü zəlzələ Yaponiyanın qərbində yerləşən Tottori prefekturasını silkələyib.

Milli Meteorologiya Agentliyinin yaydığı məlumatda bildirilir ki, Yaponiyanın 7 ballıq seysmik cədvəlinə əsasən 4,2 bal gücündə ilk yeraltı təkan saat 8:30-da, 4,3 bal gücündə ikinci təkan isə saat 8:36-da qeydə alınıb. Episentri prefekturanın mərkəzi hissəində olan zəlzələlərin ocağı təqribən 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə