Argentinada 5.9 gücündə zəlzələ baş verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumatına görə, zəlzələ Argentinanın şimali-qərb əyalətində, Saltanın El Qalpon bölgəsində baş verib. Zəlzələ nəticəsində 1 nəfər həlak olub, 30 nəfər isə ağır yaralanıb.
El Qalponun bələdiyyə başçısı Hektor Romero bildirib ki, zəlzələ nəticəsində bir çox ev çöküb və ev sahiblərindən bəziləri dağıntının altında qalıb.
Onun sözlərinə görə ərazi su və elektrik təchizatı cəhətdən korluq çəkir və ərazidə xilasedicilərə ehtiyac duyulur.
Məlumatda bildirilib ki, hələ 15 ailə dağındılar altından xilas edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB