ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev qarşısında İsrail zorakılığına qarşı etiraz aksiyası keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aksiyada sionizm* əleyhdarı olan yəhudilər də iştirak edib.
Aksiya günorta saatlarında Ağ Evin qarşısında İsrail dövlətinin varlığına qarşı çıxan Sionizm Əleyhdarı Yəhudilər Birliyi tərəfindən təşkil edilib.
Etirazçılar İsraili Qərbi Şəriyədə, Qüds və Qəzza şəhərlərində törətdikləri vəhşiliklərlə bağlı qınayıblar. Onlar bu baxımdan ABŞ-ı İsrailə dəstək verməkdə günahlandırıblar.
İştirakçılar əllərində Fələstin bayraqlarını tutaraq bir sıra şüarlar səsləndiriblər. "Fələstin üçün azadlıq", "İsrailin Qəzzaya hücumlarını dayandırın", "Məscidi Əqsadan əllərinizi çkin", "İsrail işğalına son", "Müharibənin günahkarı Netanyahudur", "Obama, İsrailə köməyi dayanır" kmi şüarlarla çıxış ediblər.
* Sionizm – Fələstində yəhudilər üçün yeni bir vətən qurulmasını tələb edən yəhudilərin beynəlxalq siyasi hərəkatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB