ABŞ-da meşə yanğınları səngimir

Kaliforniyada meşə yanğınları yaşayış məntəqələrinin bir addımlığına çatıb
ABŞ-da meşə yanğınları səngimir

Kaliforniyada meşə yanğınları yaşayış məntəqələrinin bir addımlığına çatıb. Son məlumatlara görə, həmin ərazilərdən 13 mindən çox insan təxliyyə edilib. Texasda, həmçinin Aydaho və Montanada da analoji vəziyyət hökm sürür. Ştatların bəzi dairələri təbii fəlakət zonası elan edilib.

ABŞ-ın Təbii Resurslar Nazirliyinin məlumatına görə, ilin əvvəlindən başlayaraq meşə yanğınlarından 4 milyon hektar meşə sahəsi zərər çəkib. Sinoptiklər hər keçən il ABŞ-da yanğınların sayının artacağı barədə xəbərdarlıq edir və buna qarşısı alınmayan iqlim dəyişiklikləri səbəb göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə