Rusiya ordusuna aid döyüş təyyarələri Suriyanın İdlib vilayətində müxalifətçi qüvvələrin nəzarət etdiyi Kafr Karmin kəndinə hücum təşkil edib. Hücum zamanı 3 azyaşlı uşaq da daxil olmaqla 10 ölkə vətəndaşı həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əhalinin Mülki Müdafiəsi üzrə səlahiyyətli Mustafa Şərif hadisəni mətbuata şərh edib.
Onun sözlərinə görə, hadisə cümə namazından sonra baş verib. Rusiyanın döyüş təyyarələri cümə namazından sonra İdlibdə müxalifətçilər tərəfindən nəzarətdə saxlanılan Kafr Karmin kəndinə daxil olub və kənddə yaşayan sadə vətəndaşların ərazisinə hücum edib. O bildirib ki, hadisədə 3 azsaylı uşaq da olmaqla 10 sivil vətəndaş həlak olub, çoxlu sayda insan yaralanıb.
Şərif qeyd edib ki, hücum nəticəsində kəndə böyük ziyan dəyib, çoxlu sayda qoyun tələf olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB