Fələstin BMT-dən təhlükəsizlik Tələb Etdi

Fələstin BMT-dən təhlükəsizlik Tələb Etdi

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT-nin Təhlükəsizlik Şurasından Şərqi Qüds də daxil olmaqla işğal altında olan Fələstin torpaqlarda beynəlxalq təhlükəsizliyin təmin olunmasını istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, BMT-nin Təhlükəsizlik Şurası bölgədə baş verən şiddətli hadisələrlə bağlı İordaniyanın tələbi ilə toplaşıb.

Toplantıda çıxış edən Riyad Mənsur İsrailin şiddətli hərəkətlərindən və bunun nəticəsində bölgədə ölüm və yaralanma hallarının baş verməsindən Təhlükəsizlik Şurasını məlumatlandırıb. O, BMT-nin Təhlükəsizlik Şurasından İsrailin bu davranışlarını qınamasını tələb edib.

Toplantıda çıxış edən İsrailin BMT-nin Təhlükəsizlik Şurasındakı daimi təmsilçisi David Roet isə ittihamları rədd edib. O bildirib ki, fələstinlilər israillilərə qarşı tez-tez bıçaqla hücum edir. Roet bununla bağlı Fələstin hakimiyyətinin qınayıb: "Bunu açıq şəkildə dilə gətirməyinə icazə verin: İsrail heç vaxt Məscidi-Əqsada beynəlxalq qüvvələrin olmasına icazə verməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə