Rusiya və Türkiyənin müdafiə nazirləri uçuş təhlükəsizliyi ilə bağlı razılaşma imzalayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə və Suriya sərhədində təhlükəsiz uçuş fəaliyyəti həyata keçirməklə bağlı razılaşma imzalanıb.
Rusiya Baş Qərargah Rəisliyinin Hərbi Əməliyyatlar Dairəsi üzrə başçısı Andrey Kartopolov bu haqda mətbuata məlumat verib: "Türkiyə və Rusiya Müdafiə Nazirlikləri Türkiyə sərhədində təhlükəsiz uçuş əməliyyatlarının həyata keçirilməsi və hava qəzalarının qarşısının alınması üçün birbaşa olaraq görüşüb".
Kartopolovun sözlərinə görə, Rusiyanın Suriyadakı əməliyyatlarda istifadə etdiyi "Hmeymim" hərbi bazası ilə İsrail arasında rəsmi telefon bağlantısı qurulub. Rusiya və İsrail arasında uçuş təhlükəsizliyi ilə bağlı 14-15 oktyabr tarixləri arasında ortaq mövqe qərarlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB