PKK-dan növbəti hücum 1 ölü, 1 yaralı

PKK-dan növbəti hücum 1 ölü, 1 yaralı

Türkiyənin Şırnak vilayətində terror təşkilatı PKK ilə Türkiyə polisləri arasında atışma baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, atışma zamanı 1 polis şəhid olub, 1 polis isə yaralanıb.

Atışma PKK terrorçuları tərəfindən iri çaplı silahlarla polisə atəş açdıqdan sonra yaranıb. Bununla da polis terrorçulara qarşılıq verib.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün axtarış əməliyyatı aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə