Bu gün Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya sərhədində hansı ölkəyə məxsus olduğu məlum olmayan hərbi hava vasitəsini vurub. Bununla bağlı Türkiyə Silahlı Qüvvələri tərəfindən açıqlama edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya sərhədində vurulan içərisində insan olmayan hərbi hava vasitəsinə TSQ tərəfindən 3 dəfə xəbərdarlıq edilib və sonra isə vurularaq yerə endirilib.
Hazırda hərbi hava vasitəsinin hansı ölkəyə məxsus olduğu haqda müzakirələr aparılır.
"Röyters" xəbər agentliyinə məlumat verən amerikalı səlahiyyətli hərbi hava vasitəsinin ABŞ-a məxsus olmadığını bildirib. Səlahiyyətlinin sözlərinə görə, ABŞ rəsmiləri bu baxımdan Rusiyadan şübhələnir.
Məsələ ilə bağlı Rusiyanın Müdafiə Nazirliyindən də açıqlama edilib. "RİA Novosti"nin verdiyi məlumata görə Rusiyaya məxsus bütün hərbi hava vasitələr təhlükəsiz şəkildə Suriya ərazisinə qayıdıb və vurulan hərbi vasitənin də Rusiyaya məxsus olmadığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB