Rusiya prezidenti Vladimir Putin ölkənin Suriyada həyata keçirdiyi hava əməliyyatlarının nə vaxt bitəcəyini açıqladı. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Putin bildirib ki, bu əməliyyatlar qalıcı olaraq davam etməyəcək.
Qazaxıstandakı Müstəqil Dövlətlər Birliyinin zirvə görüşündə çıxış edən Vladimir Putinin sözlərinə görə nə qədər ki, Suriyada bu gərgin vəziyyət davam edir, Rusiya da öz hərbi əməliyyatlarını həyata keçirməkdə davam edəcək. Putin bildirib ki, Rusiya yalnız Suriyadakı terror qruplaşmalarını hədəf seçib: "Hava qüvvələrimiz sayəsində Suriya ərazisində müxtəlif hərbi əməliyyatlar həyata keçirdik və müəyyən dərəcədə irəliləmə əldə etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB