Yunanıstanda muzeylərə biletlərin qiyməti 5 dəfə qaldırılıb
Yunanıstan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ölkə daxilində fəaliyyət göstərən muzeylərə biletlərin qiyməti beş dəfə artırılıb. Yeni qiymətlər 2016-cı ildən tətbiq ediləcək.
Afinanın mərkəzində yerləşən Akropol Muzeyinə biletin qiyməti 12 avrodan 52 avroya qalxacaq.
Ekspertlərin fikrincə, 26 milyon turistin ziyarət etdiyi Yunanıstan bu yeniliklə ildə 10 milyard avro qazana bilər.
Ölkə hökuməti sərt iqtisadi islahatları həyata keçirmək üçün yeni üsullar axtarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB