Bu gün Prezident Barak Obama ABŞ ordusunun Əfqanıstanda 2017-ci ilə qədər qalması ilə bağlı qərar qəbul edəcək. Bu barədə informasiyanı "ABC Nyus" telekanalı yayıb.
Obamanın qəbul edəcəyi qərara əsasən bu ilin sonuna qədər Əfqanıstanda 10000 Amerika əsgəri qalacaq. 2016-cı ildə isə bu rəqəm 5500 əsgərə çatacaq.
Qeyd edək ki, bundan öncə Obama bu ilin sonuna qədər ABŞ-dakı əsgərlərin sayının 9800-dən 1000-ə qədər endirəcəklərini bəyan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB