İŞİD Sibirə hücum edəcək Son Dəqiqə

İŞİD Sibirə hücum edəcək Son Dəqiqə

Rusiya İstintaq Komitəsinin araşdırmalarına görə, İŞİD Sibirdə yerləşən bir məscidə terror aktı təşkil etməyi planlaşdırır. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, İstintaq Komitəsinin sözcüsü Vladimir Markin bildirib ki, İŞİD Rusiyanın Pit-yah şəhərində yerləşən bir məscidə terror aktı təşkil etməyi 2014-cü ildə planlaşdırıb. Lakin təhlükəsizlik qüvvələri tərəfindən terror aktının qarşısı alınıb.

Hazırda bu planın İŞİD qüvvələri tərəfindən yenidən gündəmə gətirildiyi bildirilib.

Markinin sözlərinə görə, plan Türkiyədə gizlənən İŞİD nümayəndələri tərəfindən hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə