“Volkswagen” ilə bağlı qalmaqal alman məhsullarına etibarı sarsıdıb

“Volkswagen” ilə bağlı qalmaqal alman məhsullarına etibarı sarsıdıb

Bir ay bundan əvvəl "Volkswagen" konserni ilə bağlı dizel qalmaqalı "Made in Germany" mallarını ciddi şəkildə nüfuzdan salaraq Almaniyanın imicinə möhkəm zərbə vurub. Londonun "Brand Finance" konsaltinq şirkətinin "Nation Brands" gündəlik reytinq məlumatlarının bugünkü açıqlaması da bunu göstərir. "Brand Finance" dünya ölkələri brendlərinin davamlı dinamikasını və dəyərini izləyir.

Almaniya brendlərin davamlılıq reytinqində birinci yeri itirərək liderliyi Sinqapura verib. AFR brendinin dəyəri hesablanarkən həm ölkə brendinin davamlılığı, həm də ÜDM məlumatları nəzərə alınır. "Brand Finance" şirkətinin məlumatında bildirilir ki, Almaniyada ÜDM 2014-cü illə müqayisədə 191 milyard dollar azalaraq, 4,2 trilyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə