Suriyadan 15 qaçqın ailəsinin Çexiyaya köçürülməsi barədə 2015-ci ilin əvvəlində Çexiya hökuməti tərəfindən təsdiq edilmiş plana uyğun olaraq suriyalıların ilk qrupu artıq Praqaya gəlib. Bu ailələrdəki uşaqlar ya müharibə dövründə yaralanıb, ya da o dərəcədə ağır xəstədirlər ki, onların vəziyyəti bu uşaqları birbaşa qaçqın düşərgəsində müalicə etməyə imkan vermir.
Əvvəlcə nəzərdə tutulmuşdu ki, xüsusi təyyarə Praqaya 70 nəfər suriyalı gətirəcək. Lakin sonda Əmmandan Praqaya yalnız 21 nəfərdən ibarət olan 4 ailə gəlib. Bu ailələrdəki on üç uşağın bir qismi müalicə olunmaq üçün Motol xəstəxanasına göndəriləcək. Çexiya Yaxın Şərqdə qaçqın düşərgələrində yerləşdirilmiş 400 qaçqını qəbul etməyə hazırdır. Bu ailələr də həmin 400 qaçqın sırasına daxildir. Çexiya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, indiki halda ölkə vətəndaşlarının sağlamlığı üçün təhlükə yoxdur. Bütün suriyalılar İordaniyada çexiyalı həkim tərəfindən tibbi müayinədən keçiblər. Beləliklə, onların yoluxucu xəstəliklərə tutulması istisna olunur. Çexiyaya gəlmiş uşaqlara indiyə qədər edilməmiş peyvəndlər əvəzinə Çexiya milli təqviminə uyğun vaksinlər vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB