Malayziya təyyarəsini kim vurub? FOTO

Malayziya təyyarəsini kim vurub? FOTO

Hollandiya Təhlükəsizlik Araşdırma heyəti keçən il Malayziya hava yollarına aid təyyarənin Ukraynanın şərqində qəzaya uğrama səbəbləri ilə bağlı yekun hesabatını mətbuata açıqlayıb. SİA-nın "Sputniknews"a istinadən verdiyi məlumata görə, sədr Tjibli Coustra təşkil edilən mətbuat konfransında "Boeing 777" tipli təyyarənin Rusiyaya məxsus "9M38 BUK" tipli silah ilə vurulduğu açıqlayıb.

Hadisə ilə bağlı artıq 15 aydır ki, araşdırma aparılır. Lakin təyyarənin partlamasına səbəb olan atəşin hansı mövqedən açıldığı hələ də məlum deyil.

Qərb dövlətləri və Ukrayna dəfələrlə təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirib. Rusiya isə bu ittihamları qəbul etmədiyini açıqlayıb.

Qeyd edək ki, 17 iyul 2014 tarixində baş verən hadisədə 298 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə