Putin sonunda Ərdoğana cavab verdi Son Dəqiqə

Putin sonunda Ərdoğana cavab verdi Son Dəqiqə

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Rusiya üçün çox dəyərli bir müttəfiq olduğunu bildirib. SİA-nın "Röyters" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Putin bu açıqlamanı Moskvada keçirilən investisiya konfransında deyib.

Prezident bildirib ki, terrora qarşı mübarizədə Rusiya Türkiyə ilə necə əlaqə qurmaq lazım olduğunu dərk etməlidir.

Putin Suriya ilə bağlı əməkdaşlığı isə qeyri-kafi qiymətləndirib.

Qeyd edək ki, rəsmi Ankara ilə Moskva arasındakı əlaqələr Rusiya reaktivlərinin Suriyaya hərbi əməliyyat təşkil etmək məqsədilə Türkiyənin hava sərhədini pozması nəticəsində gərginləşmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə