"Facebook"da fahişələri reklam edən dəstə tutuldu VİDEO

"Facebook"da fahişələri reklam edən dəstə tutuldu VİDEO

Türk polisi ikimərtəbəli binada fahişəxana açan dəstəni ifşa edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, saxlanılan dəstə üzvlərindən 20 nəfəri qadın, 2 nəfəri isə kişi olub. Qadınlardan 3-ü xarici ölkə vətəndaşı olub.

Sosial şəbəkələr vasitəsilə qadınlara müştəri tapan kişilər, daha sonra kirayə ev tutub, orada fahişəxana təşkil ediblər. Polis basqını zamanı 52 müştərisi olan fəhişəxanada müştərilər qadınlarla cinsi əlaqəyə 50-60 dollar müqabilində razılaşıblar.

"Facebook", "İnstagram" kimi sosial şəbəkələr vasitəsilə müştəri tapan "işbazlar" sövdələşmə aparıb və görüş yeri təyin ediblər. Görüşə fahişə ilə birlikdə gələn kişilərdən biri avtomobildə gözləyir, müştəri qadınla danışıb, razılaşandan sonra pulu əvvəlcədən ödənilir və maşına minib birlikdə kirayələnən evə gedirlər.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə