Dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan "Bloomberg" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbii qazla bağlı Rusiyaya qarşı çıxışını təhlil edib. SİA-nın məlumatına görə, təhlildən məlum olub ki, əgər Rusiya qazı və turisti olmasa, Türkiyə çox böyük çətinliklərlə üzləşə bilər.
Agentliyin verdiyi məlumata görə, Ərdoğanın türk-rus iqtisadi əlaqələrini kiçik görməsi elə də yaxşı nəticələr verməyəcək: "İstanbul və Moskva tarix boyu düşmənçiliyi və praqmatik əməkdaşlığı tarazlı bir şəkildə qoruyub saxlayıb. İki ölkə bir-birinə güvənməsə də iqtisadi maraqları daim prioritet təşkil edib. Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması ilə əlaqədar Ərdoğanın rəsmi Moskvanı iqtisadi əlaqələri kəsməklə təhdid etməsi heç də yaxşı nəticələr verə bilməz".
Eyni zamanda qeyd olunub ki, Türkiyədə rusiyalı turistlərin sayı bu ildən 1.5 milyon azalıb və bu da Türkiyə iqtisadiyyatına 4.5 milyard dollar zərər verə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB