İran Məclisi nüvə razılaşmasını təstiqlədi Qərar

İran Məclisi nüvə razılaşmasını təstiqlədi Qərar

İran Milli Məclisi Böyük Altılıq ölkələri ilə imzalanmış nüvə razılaşmasının tətbiq olunması ilə bağlı qərar qəbul edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, İranın rəsmi xəbər agentliyi "IRNA"-ya görə, İran ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələr və Almaniya arasında iyulda imzalanan nüvə razılaşması İran Məclisi tərəfindən təsdiq olunub.

Qərarın qəbulu ilə bağlı Məclisdəki 161 millət vəkilindən 59-u "hə", 13-ü isə "yox" cavabı verib.

Qanunda deyilir: "İranda heç bir hökumət nə nüvə silahı istehsal edə, nə də istifadə edə bilməz. Dövlət qlobal nüvə tərksilah siyasətini aktiv şəkildə icra etmək, insanlığı bu silah və bu silahın yayılmasından qorumaq üçün hər bir beynəlxalq, diplomatik və qanuni səyi göstərməyə məsuldur. Bura kütləvi qırğın silahlarından təmizlənmiş sərbəst bölgələrin qurulması da daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə