Almaniyanın "Der Spiegel" jurnalında çap olunan məqalədə Rusiya prezidenti Vladimir Putinin qlobal liderliyi əlinə keçirdiyi bildirilib. SİA-nın məlumatına görə, məqalədə Qərb ölkələrinin liderlik dövrünün sona çatdığı vurğulanıb.
Yazını dərc edən Mattis Şepin fikrincə Qərb ölkələrinin dünyada hökm sürdüyü ağalıq dövrü artıq sona çatıb: "Qərbin üstünlük təşkil etdiyi dövr bitdi. Artıq dünyanın taleyini ABŞ həll etmir. İndi bu missiyanı Vladimir Putin həyata keçirir. Çin isə bu səhnədə pərdə arxasında gizlənir".
Yazıçının sözlərinə görə, artıq heç kəs Rusiyanı tənqid edərək onu bu siyasi arenadan çıxarda bilməyəcək: "Dünya artıq Avropanın ətrafında dönmür. Onlar XIX əsrdə deyil, XXI əsrdə yaşadıqlarını unudublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB