İraqdan Əbubəkir Bağdadi ilə bağlı AÇIQLAMA

İraqdan Əbubəkir Bağdadi ilə bağlı AÇIQLAMA

İraqın təhlükəsizlik üzrə səlahiyyətli nümayəndəsi İŞİD lideri Əbubəkir Bağdadinin yaralanması ilə bağlı məlumatı təkzib edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, iraqlı səlahiyyətli bildirib ki, hücum həyata keçirilən zaman Əbubəkir həmin ərazidə olmayıb və hazırda məsələ ilə bağlı daha ətraflı məlumat vermək üçün dərin araşdırma aparılır.

Lakin "Sputniknews"a müsahibə verən gizli bir mənbənin sözlərinə görə, Əbubəkir hava hücumu nəticəsində yaralanıb və İraqın şimal-qərbindəki Əl Kayımdakı bir xəstəxanada müalicə alır. Xəstəxananın ətrafı isə İŞİD əsgərləri tərəfindən dövrəyə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə