Türkiyənin paytaxtı Ankarada 96 nəfərin ölümü ilə nəticələnən terror aktının İŞİD tərəfindən törədildiyi iddia edilib. SİA-nın "Sputniknews"-a istinadən verdiyi məlumata görə, terror aktı İŞİD-in Türkiyəyə yolladığı 100 nəfərlik qrupun iştirakı ilə həyata keçirilib. Partlayışın İŞİD əsgəri olan 2 türkiyəli kamikadze tərəfindən törədildiyi bildirilib.
Bundan əvvəl ölkə ictimaiyyətində 100 İŞİD əsgərinin Türkiyəyə göndərildiyi müzakirə olunurdu. Bu məsələ Türkiyənin Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Səzgin Tanrıqulu tərəfindən müzakirə çıxarıldı.
Türkiyənin son vaxtlar İŞİD-ə qarşı ABŞ-la ittifaqa keçməsi və təşkilata qarşı geniş hərbi əməliyyatlar aparması İŞİD-ə qarşı geniş əməliyyatlar aparması nəticəsində təşkilat Türkiyəyə qarşı terror törətmək qərarına gəlib. İlk öncə əməliyyata Mosulda yaşayan İŞİD lideri Əbubəkir Bağdadi razılıq verib. Daha sonra hərəkat məqsədilə 100 İŞİD terrorçusu qaçaq yollarla Suriyadan Türkiyə ərazisinə keçib. Terrorun aktının əsas hədəfi Xalqların Demokratik Partiyası (HDP) daxil olmaqla bütün sol partiyalar və demokratik kütlə olub.
Hərəkatın məqsədi isə başda HDP (nümayəndələri kürdlərdən ibarətdir) olmaqla Türkiyənin bütün sol cinah partiyalarından intiqam almaq olub.
Məlumatda qeyd olunub ki, İŞİD əvvəlcədən əraziyə kəşfiyyatçı qüvvə də göndərib və hərəkat vaxtını qəsdən mitinqin olacağı günə təyin edib. Partlayış İŞİD əsgəri olan 2 türkiyəli kamikadze tərəfindən həyata keçirilib.Türkiyənin paytaxtı Ankarada 96 nəfərin ölümü ilə nəticələnən terror aktının İŞİD tərəfindən törədildiyi iddia edilib. SİA-nın "Sputniknews"-a istinadən verdiyi məlumata görə, terror aktı İŞİD-in Türkiyəyə yolladığı 100 nəfərlik qrupun iştirakı ilə həyata keçirilib. Partlayışın İŞİD əsgəri olan 2 türkiyəli kamikadze tərəfindən törədildiyi bildirilib.
Bundan əvvəl ölkə ictimaiyyətində 100 İŞİD əsgərinin Türkiyəyə göndərildiyi müzakirə olunurdu. Bu məsələ Türkiyənin Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Səzgin Tanrıqulu tərəfindən müzakirə çıxarıldı.
Türkiyənin son vaxtlar İŞİD-ə qarşı ABŞ-la ittifaqa keçməsi və təşkilata qarşı geniş hərbi əməliyyatlar aparması İŞİD-ə qarşı geniş əməliyyatlar aparması nəticəsində təşkilat Türkiyəyə qarşı hərəkat qaldırmaq qərarına gəlib. İlk öncə əməliyyata Mosulda yaşayan İŞİD lideri Əbubəkir Bağdadi razılıq verib. Daha sonra hərəkat məqsədilə 100 İŞİD terrorçusu qaçaq yollarla Suriyadan Türkiyə ərazisinə keçib. Terrorun aktının əsas hədəfi Xalqların Demokratik Partiyası (HDP) daxil olmaqla bütün sol partiyalar və demokratik kütlə olub.
Hərəkatın məqsədi isə başda HDP (nümayəndələri kürdlərdən ibarətdir) olmaqla Türkiyənin bütün sol cinah partiyalarından intiqam almaq olub.
Məlumatda qeyd olunub ki, İŞİD əvvəlcədən əraziyə kəşfiyyatçı qüvvə də göndərib və hərəkat vaxtını qəsdən mitinqin olacağı günə təyin edib. Partlayış İŞİD əsgəri olan 2 türkiyəli kamikadze tərəfindən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB