Bağdadi ağır yaralandı

İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin İraqın Ənbar vilayətində döyüş təyyarələrinin hücumu nəticəsində ağır yaralandığı və müalicə üçün Suriyaya aparıldığı iddia edildi. SİA-nın Anadolu agentliyinə istinadən verilən məlumata görə, İraqın Hərbi Hava Qüvvələrinin alay komandiri Aşur əl Mıhelavi faktı təsdiqləyib: "Ənbarın Karebile bölgəsində müşahidə aparan terror təşkilatının lideri Əbubəkr Bağdadinin konvoyuna edilən hava hücumu nəticəsində onun ağır şəkildə yaralandığı haqda məlumat əlimizə çatıb. İraqın əl Qaim qəsəbəsi və Suriyanın Elbukemal şəhərində olan kəşfiyyat mənbələrindən aldığımız məlumatlara görə, Bağdadinin hadisə yerindən təcili yardımla Suriyadakı bir xəstəxanaya gətirilib. Bağdadi xəstəxanada yüksək təhlükəsizlik tədbirləri altında müalicə edilir".

İŞİD-in böyük bir çaxnaşma içərisində olduğunu söyləyən Mıhelavi bildirib ki, ikinci bir hava hücumunun meydana gəlməməsi üçün liderlərinin yerini tez-tez dəyişdiklərini də deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə