Suriyadakı yaraqlılara qarşı Rusiyanın apardığı əməliyyatlarla əlaqədar ABŞ-la yaranan ziddiyyətlərə baxmayaraq, Yaponiya hökuməti Prezident Vladimir Putinin cari ildə Tokioya səfəri ilə bağlı hazırlıq işlərini davam etdirəcək. Bu barədə oktyabrın 11-də Kyodo agentliyinin hökumətdəki mənbələrə istinadən yaydığı məlumatda bildirilir.
Xəbər verdiyimiz kimi, Yaponiya hökuməti Rusiya Prezidentinin səfəri zamanı Tokionun ruslar tərəfindən "işğal olunduğu" iddia edilən və burada "şimal ərziləri" adlandırılan Cənubi Kuril adaları məsələsini qaldırmağı planlaşdırır.
Lakin agentlik həmin mənbəyə istinadla bunun ABŞ tərəfindən birmənalı qarşılanmayacağı barədə də xəbərdarlıq edir. Belə ki, ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi cari həftədə sülh müqaviləsi ilə əlaqədar Rusiya-Yaponiya danışıqlarını tənqid edərək, hazırda Rusiyanın Ukrayna və Suriyadakı mövqeyinə görə bunun vaxtının olmadığını deyib.
Agentliyin bildirdiyinə görə, Rusiya Prezidentinin səfərinin reallaşmasına çalışan Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ-ın nümayiş etdirdiyi əsəbi mövqeni yumşaltmaq və qarşılıqlı münasibətləri qaydaya salmaq istəyir. Bununla əlaqədar yapon hökuməti noyabrın əvvəllərində Filippində keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammitində Yaponiya və Rusiya liderlərinin gözlənilən görüşünədək amerikalılarla görüşlərdən faydalanmaq istəyir.
Mənbənin məlumatına görə, Suriyada vəziyyətin gərginləşməsinə baxmayaraq cari ildə Rusiya Prezidentinin Yaponiyaya səfəri ilə əlaqədar yapon hökumətinin mövqeyi dəyişməz qalır.
Səfərlə bağlı planların dəyişməyəcəyini Yaponiyanın xarici işlər naziri Fumio Kişida oktyabrın 9-da təşkil etdiyi mətbuat konfransında da bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB