Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktı nəticəsində 96 nəfərin həlak olduğu, 246 nəfərin isə yaralandığı son məlumatlar sırasına daxil olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə xalqı 3 günlük matəm elan edib.
Hadisə ilə əlaqədar Türkiyənin Baş naziri Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) başçısı Kamal Kılıçdaroğlu, Milliyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı və Xalqların Demokratik Partiyasının başçısı Səlahəddin Dəmirtaşdan görüş tələb edib.
Baş Nazirlikdən verilən məlumata görə, həlak olmuş şəxslərdən 77-nin adı açıqlanıb. Həlak olmuş şəxslər arasında 2 baş müfəttiş və 2 polisin də olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB