Mərkəzi Amerika dövləti Qvatemalada keçən həftədən başlayan şiddətli yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. Nəticədə 253 nəfər həlak olub, 374 nəfərdən isə hələlik xəbər yoxdur. SİA-nın Qərb mətbuata istinadən verdiyi məlumata görə, Təbii Fəlakətlər Agentliyinin sədri Alexandro Moldanado bildirib ki, torpaq sürüşməsi Qvatemalanın 15 km şərqində yerləşən Kambrayda meydana gəlib. Keçən həftədən bu günə qədər bölgədə çoxlu sayda insan həlak olub.
Hazırda bölgədə axtarış əməliyyatları aparılır. Lakin agentlik əməliyyatlara davam edib etməmək haqda tərəddüdlər yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB