Ankarada partlayış 20 ölü Fotolar

Ankarada partlayış 20 ölü Fotolar

Ankarada qatar stansiyasına gedən körpünün altında partlayış meydana gəlib. SİA-nın məlumatına görə, partlayış Ankarada keçirilən "Əmək, sülh və demokratiya" adlı mitinqin keçirildiyi zonada baş verib. Partlayış nəticəsində hələ ki, 20 nəfərin öldüyü bildirilib.

Hadisənin şahidi olan iki şəxs bildirib ki, eyni anda iki partlayış səsi eşidilib. Partlayış yerli vaxtla 10.30 radələrində meydana gəlib. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını toplaşıb. Yaralanan şəxslər xəstəxanalara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə