Rusiyanın son 24 saat ərzində Suriya şəhərləri – Rakka, Humus, Lazkiye, Hama, İblid və Hələbdə apardığı əməliyyatlar nəticəsində İŞİD-in 60 mövqeyinin məhv edildiyi açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Rusiyanın Baş Qərargah rəisinin köməkçisi İqor Makuşev məlumat verib.
Məlumatda bildirilib ki, Humusda aparılan hərbi əməliyyatlar nəticəsində 200, Hələbdə aparılan hərbi əməliyyatlar nəticəsində isə 100 İŞİD terrorçusu öldürülüb. Əməliyyatlar SU-34M və SU25-SM qırıcıları vasitəsilə aparılıb. Humusda həyata keçirilən son hücumlarda İŞİD-ə məxsus bir hərbi mərkəzin və 2 sahə komandirinin də məhv edildiyi bildirilib.
Makuşev bildirib ki, sonuncu əməliyyatlar nəticəsində İŞİD-in hiss olunan dərəcədə itki verdiyi göz qabağındadır.
Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumata əsasən 30 sentyabrdan bu günə qədər Rusiya reaktivləri Suriyada 140 əməliyyat həyata keçirib. Hücumlar nəticəsində bir çox hərbi mərkəz, düşərgələr və silah-sursat anbarları məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB