Avropa Birliyi Suriyada aparılan əməliyyatlara görə, Rusiyaya sanksiya tətbiq etməyəcək. SİA "Ria Novosti"yə istinadən xəbər verir ki, Rusiyaya Suriyada apardığı hərbi əməliyyatlara görə tətbiq ediləcək sanksiya ilə bağlı yayılan məlumat Avropa Birliyi nümayəndəsi tərəfindən təkzib olunub.
Qərb mediasında geniş şəkildə yer alan bu məlumatlar Aİ nümayəndəsi tərəfindən inkar edilib. Məlumatlara əsasən, Rusiyaya Suriyada apardığı hərbi əməliyyatlara görə sanksiyalar tətbiq ediləcəkdi. Lakin rəsmi nümayəndə bildirib ki, Avropa Birliyində bununla bağlı heç bir müzakirə aparılmayıb və belə bir qərarın qəbul olunacağı gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB