Rusiyadan Türkiyəyə YOX cavabı

Rusiyadan Türkiyəyə YOX cavabı

Rusiyanın dövlət tabeliyində olan nəhəng təbii qaz şirkəti "Qazprom" Türkiyənin təbii qaz ilə bağlı təklifini rəd edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçən il Rusiya prezidenti Vladimir Putin Türkiyəyə 3 milyard kubmetr qazın verilməsi ilə bağlı razılığa gəldiklərini bildirmişdi. "Qazprom" isə açıqlama verərək Türkiyəyə 3 milyard kubmetr qaz verə bilməyəcəklərini bildirib.

Şirkət bu il Türkiyəyə yalnız 2 milyard kubmetr qaz ixrac edə biləcəklərini bəyan edib. Üstəlik bu ixracın "Türk axını" vasitəsilə həyata keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, "Türk axını" layihəsinə hələ ki, start verilməyib. İqtisadçıların verdiyi proqnozlara görə Türkiyə bu layihənin həyata keçməsində bir o qədər də maraqlı deyil. Lakin bu layihə Rusiya üçün çox önəmlidir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək, Türkiyənin Rusiya qazına ehtiyacı olmadığını ifadə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə