Rusiya ABŞ-a göz dağı verdi

ABŞ mediası Rusiyanın Xəzər dənizində yerləşən hərbi gəmilərinin Suriyadakı İŞİD mövqelərini vura bilmədiyi haqda məlumat yayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi ABŞ mediasının iddialarını yalanlayıb.

Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov bildirib ki, ABŞ mediası yalan məlumatlara həddən artıq çox yer verir: "Biz CNN-dən fərqli olaraq yalan mənbələrə istinadən məlumat vermirik. Biz hədəf seçdiyimiz bütün mövqeləri və həmin mövqelərin vurulduğu vaxtı dəqiq göstəririk. Sadəcə bu prosesin bütün detallarını açıq-aşkar danışa bilmərik".

Konaşenkovun sözlərinə görə, Rusiyanın hər dəfə İŞİD-ə zərbə endirməsi Pentaqonu heç də sevindirmir: "Bəlkə də bu tərəfdaşlarımızın xoşuna gəlmir lakin biz daima İŞİD-i nəzarət altında saxlayırıq. Pentaqonun bundan nə qədər də xoşu gəlməsə də biz müəyyən edilən bütün hədəfləri vura bilirik".

Bütün xəbərlər Facebook səhifəmizdə