Kremlin sözçüsü Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə bağlı açıqlamasına cavab verib. SİA-nın məlumatına görə, Peskov Putinin bu açıqlamadan xəbərdar edildiyini bildirib.
Onun sözlərinə görə, Rusiya Türkiyə ilə qurduğu əlaqələri sonrakı illərdə inkişaf etdirmək istəyir: "Türkiyə ilə əlaqələrimizə çox böyük dəyər veririk. Əldə etdiyimiz razılaşmalar üzrə əlaqələrimizi davam etdirmək istəyirik. Türkiyə bizim üçün çox dəyərli ölkədir".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl çıxış edərək ölkə üçün lazım olan təbii qazı Rusiya əvəzinə başqa dövlətdən də ala biləcəklərini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB